Mayın 6-da axşam saatlarında Lənkəran rayonu, Liman şəhərindən dənizdə (“Lənkəran” sularda xilasetmə məntəqəsindən, təxminən 16 km məsafədə, nəzarət olunmayan ərazidə) 1997-ci il təvəllüdlü Nahid Rasim oğlu Ağayev batıb.
Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, nazirliyin uyğun xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. N.Ağayevin cəsədi FHN-in dalğıc-xilasediciləri tərəfindən tapılaraq, sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.