Lənkəranda toyda qan düşüb - <span style="color:red;">YENİLƏNİB
25 aprel 2014 10:50 (UTC +04:00)

Lənkəranda toyda qan düşüb - YENİLƏNİB

0

Lənkəranda bıçaqlanma hadisəsi baş verib. APA-nın cənub bürosunun məlumatına görə, hadisə ötən gecə saat 22.30 radələrində rayonun Rvo kəndindəki şadlıq saraylarının birində keçirilən toy məclisi zamanı qeydə alınıb. Kənd sakini, 34 yaşlı Ramin Əzizov şəxsi münaqişə zəminində qohumu və dostu 19 yaşlı İlkin Teymurovu  bıçaqlayaraq, hadisə yerindən qaçıb.

 

Ilkinin qan içində olduğunu görən toy iştirakçıları  onu dərhal Lənkəran  Mərkəzi Rayon Xəstəxanasına çatdırıblar. Yaralı təcili əməlliyyat otağına götürülüb və onun üzərində 3 saata yaxın cərrahiyyə əməliyyatı aparılıb. İlkin Teymurovu həyata qaytaran həkimlər bıçaq zərbəsindən onun mədəsinin zədələndiyini bildiriblər.

 

Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin  əməkdaşları hadisəni törətməkdə şübhəli bilinən Ramin Əzizovun saxlanılıb, istintaqa cəlb olunması istiqamətində əməliyyat-axtarış tədbirlərinə başlayıblar.

 

Faktla bağlı araşdırmalar davam etdirilir.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1834

Oxşar yazılar