Lənkəranda bıçaqlanma
22 avqust 2015 03:31 (UTC +04:00)

Lənkəranda bıçaqlanma

0

Lənkəranda bıçaqlanma hadisəsi baş verib. APA-nın cənub bürosunun məlumatına görə, hadisə avqustun 22-də saat 02.30 radələrində şəhərin “Mikrorayon” ərazisində qeydə alınıb. Şəhər sakini, 1984-cü il təvəllüdlü Vüsal Möhübbət oğlu Əliyev adı hələlik açıqlanmayan şəxs tərəfindən bıçaqlanıb. Yaralı ağır vəziyyətdə dərhal  Lənkəran Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Hazırda həkimlər tərəfindən onun həyatını xilas etməkdən ötrü müvafiq cərrahi tədbirlər görülür.

 

Faktla bağlı rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları araşdırmalara başlayıblar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 389

Oxşar yazılar