Lənkəranda "VAZ- 2106"  9 yaşlı velosipedçini vurdu
27 avqust 2015 20:49 (UTC +04:00)

Lənkəranda "VAZ- 2106" 9 yaşlı velosipedçini vurdu

0

Lənkəranda piyadanın vurulması ilə nəticələnən ağır-yol nəqliyyat qəzası baş verib. APA-nın cənub bürosunun məlumatına görə, hadisə saat 19.00 radələrində  rayonun Darquba kəndi ərazisində qeydə alınıb.

 

Lənkəran şəhər sakini, 23 yaşlı  Nahid Məlikzadə oğlu Məmmədzadənin idarə etdiyi "VAZ- 2106" markalı,  10 OP 466 dövlət nömrə nişanlı minik avtomobili  yolda velosipedlə hərəkət edən Darquba kənd sakini, 9  yaşlı Samir Cəfərovu vurub. Sürücü dərhal xəsarət alan oğlanı maşınına qoyaraq Lənkəran Mərkəzi Rayon Xəstəxanasına (MRX) çatdırıb.

 

MRX-dən APA-nın yerli bürosuna verilən məlumata görə, qapalı kəllə-beyin travması ilə qəbul olunan yaralının həyatının qorunması üçün hazırda həkimlər tərəfindən zəruri tədbirlər görülür.

 

Faktla bağlı araşdırma aparılır.   

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 252

Oxşar yazılar