APA-nın cənub bürosunun məlumatına görə, tədbirdə FHN DYMX-nin Lənkəran Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin, DSXX-nin Lənkəran xilasetmə məntəqəsinin, Cənub dalğıc-axtarış qrupunun,
LDU-nin prorektoru Ruslan Həmidov belə tədbirlərin əhəmiyyətindən danışaraq qeyd edib ki, mülki müdafiə işinin təşkili, fövqəladə hallar zamanı düzgün davranış, yanğın və texniki təhlükəsizlik qaydalarına ciddi riayət olunması sahəsində əhalinin maarifləndirilməsi məqsədilə FHN-nin qurumları tərəfindən idarə və müəssisələrdə mütəmadi olaraq keçirilən təbliğat xarakterli tədbirlərin rolu böyükdür.
Sonra təbii və texnogen xarakterli fövqəladə hadisələr zamanı davranış qaydaları, ilkin tibbi yardımın düzgün göstərilmə üsul və mexanizmləri, fərdi mühafizə vasitələrindən və ilkin yanğınsöndürmə avadanlıqlarından istifadə qaydaları, eləcə də yanğın və texniki təhlükəsizlik qaydalarının tələblərinə düzgün riayət olunmasına nəzarətin gücləndirilməsi sahəsində müəllim və tələbə heyətinin maarifləndirilməsi məqsədilə “112 qaynar xətlə hansı hallarda əlaqə saxlamaq lazımdır?”, “Meşə gəzintisi zamanı təhlükəsizlik tədbirləri”, “Respublika ərazisində ehtimal olunan təbii fəlakətlərdən mühafizə üsulları” və “Qaz cihazlarının istismarı zamanı təhlükəsizlik qaydalarına ciddi riayət edilməlidir” mövzularında geniş məlumatlar verilib və tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
Tələbələrin asudə vaxtlarında yanğın və texniki təhlükəsizlik qaydaları ilə daha yaxından tanış olmaları üçün təhsil müəssisələrində mərtəbələr üzrə “Yanğına qarşı təbliğat guşəsi”nin yaradılması məqsədilə hazırlanmış təbliğat vasitələri LDU-nin rəhbərliyinə təqdim olunub.
Daha sonra təhsil müəssisələrinin təxliyə planlarının mərtəbələr üzrə qaydalara əməl etməklə düzgün hazırlanmasının, yanğın və texniki təhlükəsizlik qaydalarının tələblərinə riayət olunmasına nəzarətin artırılmasının, binanın əsas və ehtiyat çıxış qapılarının və zirzəmilərinin daim istifadəyə yararlı vəziyyətdə saxlanılmasının, yararsız vəziyyətdə olan elektrik naqillərinin və avadanlıqlarının yenisi ilə əvəz olunmasının, eləcə də ilkin yanğınsöndürmə vasitələri ilə binanın təchiz olunmasının vacibliyi diqqətə çatdırılıb.
Sonda “Dəm qazından zəhərlənmə hallarının yaranma səbəbləri”nə dair video çarx nümayiş olunub, “Hansı hallarda 112 qaynar xətlə əlaqə saxlamaq lazımdır?”, “Təbii qazdan istifadə etdikdə ehtiyatlı olun!”, “Zəlzələ vaxtı, ondan əvvəl və sonra özünə və başqalarına kömək etməyi bacar”, “Təhsil müəssisələrində yanğın təhlükəsizliyi” mövzularında hazırlanmış yaddaş kitabçaları və xəbərdarlıq vərəqələri tədbir iştirakçılarına paylanıb, həmçinin Xüsusi xilasetmə hissəsinin növbədə olan xilasediciləri tərəfindən xüsusi xilasetmə alət və avadanlıqları əyani şəkildə nümayiş etdirilib, sözü gedən materiallarla bağlı tədbir iştirakçılarını maraqlandıran suallar ətraflı cavablandırılıb.