Lamiyə Quliyeva azadlığa buraxıldı- <span style="color:red;">FOTO
20 fevral 2015 13:27 (UTC +04:00)

Lamiyə Quliyeva azadlığa buraxıldı- FOTO

Bu gün Bakı Apelyasiya Məhkəməsində Lamiyə Quliyeva barəsində prokurorluğun protestinə baxılıb. Lent.az-ın məlumatına görə, hakim Qədim Babayevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı protesti elan edib. Bundan sonra zərərçəkən Aysel Ağayeva ifadə verib. O, ifadəsində Lamiyə Quliyevanı bağışladığı deyib: "Onu özünə görə yox, körpə balasına görə bağışlayıram. Hadisəni törədən zaman mən hərbi libasda olmasaydım başım partlayardı, ölərdim. Mən də anayam, ona görə balaca körpəsinə görə bağışlayıram".

 

 

A.Ağayevanın vəkili prokurorluğun verdiyi protestin əsasız olduğunu deyib. Lamiyə Quliyevanın vəkili Fəxrəddin Mehdiyev çıxış edərək müdafiə etdiyi şəxsi barəsində verilən protestin düzgün olduğunu qeyd edib. Onun barəsində cinayət işinə xitam verilməsini istəyib: "Mən burdan bütün ədalətli hakimlərə, prokurorlara təşəkkür edirəm, cənab kollegiya sizdə bu tarixi hökmü verəcəksiniz. Onu körpəsinə görə yolunu gözləyən anasına görə azad edin".

 

 

Lamiyə Quliyeva da ifadə verib. O, ağlayaraq deyib: "Mən burdan ilk öncə baş prokuror Zakir Qaralova və onun müavini Namiq Əskərova təşəkkür edirəm. Məni balama görə yolumu gözləyən anama görə azadlığa buraxın".

 

Məhkəmə müşavirəyə gedib və daha sonra onun məhkəmə zalından azadlığa buraxılması ilə nəticələnən qərar oxunub.

 

Qeyd edək ki, fevralın 4-də Baş Prokurorluq Lamiyə Quliyevanın barəsində olan cinayət işi ilə bağlı protest verib.

 

Xətai Rayon Məhkəməsinin hakimi Habil Məmmədov tərəfindən protestin baxılma müddətinin bərpa olunması və protestə baxılması barədə qərar qəbul edilib. Bundan sonra iş Bakı Apellyasiya Məhkəməsinə göndərilib.

 

Xatırladaq ki, 1987-ci il təvəllüdlü Lamiyə Quliyeva 2003-cü ildə həbs edilib. Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsinə əsasən təqsirləndirilən L.Quliyeva və keçmiş nişanlısı Vüqar Əliyev 2003-cü ilin mayında Şəmkir rayonun sabiq icra başçısı Aslan Aslanovun oğlu Ruslanı qətlə yetirməkdə təqsirləndirilirlər. Respublika Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə Vüqar Əliyev ömürlük, Lamiyə Quliyeva isə 10 il müddətinə azadlıqdan məhrum edilib. 2010-cu ildə isə L. Quliyevanın barəsində 317-ci (cəzaçəkmə müəssisəsinin və ya istintaq təcridxanasının normal fəaliyyətini pozma) maddəsi ilə cinayət işi başlanılıb. Həmin cinayət işi ilə əlaqədar onun cəzası 5 il 6 ay artırılıb.

Hazırda Vüqar Əliyev Qobustan həbsxanasında cəza çəkir.

Onu da qeyd edək ki, prokurorluğun verdiyi protest 317-ci maddə ilə bağlıdır.

L.Quliyeva bir müddət əvvəl ana olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 175
avatar

Səlcuq Elçin

Oxşar yazılar

Bakıda QƏZA:  İşıqfor yerindən qopdu-FOTO -YENİLƏNİB

Bakıda QƏZA: İşıqfor yerindən qopdu-FOTO-YENİLƏNİB

12 dekabr 2024 , 01:03
Bakıda dörd  “Toyota”  toqquşdu

Bakıda dörd “Toyota” toqquşdu

11 dekabr 2024 , 23:57
Naxçıvanda yük maşını 34 yaşlı kişini vurub öldürdü

Naxçıvanda yük maşını 34 yaşlı kişini vurub öldürdü

11 dekabr 2024 , 21:23
Bakıda 19 yaşlı oğlan kirayə yaşadığı evdə özünü asdı

Bakıda 19 yaşlı oğlan kirayə yaşadığı evdə özünü asdı

11 dekabr 2024 , 19:33
İfadə verməyə çağırıldı: özünü binadan atdı

İfadə verməyə çağırıldı: özünü binadan atdı

11 dekabr 2024 , 18:54
Qafar Dəmirçi həbs edildi

Qafar Dəmirçi həbs edildi

11 dekabr 2024 , 18:05
Nazim Bəydəmirlinin işindən YENİ XƏBƏR

Nazim Bəydəmirlinin işindən YENİ XƏBƏR

11 dekabr 2024 , 18:03
Bakıda həbsxanada ÖLÜM

Bakıda həbsxanada ÖLÜM

11 dekabr 2024 , 17:10