Qayınana onu bıçaqlayan kürəkinə ən ağır cəzanı istədi <span style="color:red;">- MƏHKƏMƏ
14 oktyabr 2014 18:31 (UTC +04:00)

Qayınana onu bıçaqlayan kürəkinə ən ağır cəzanı istədi - MƏHKƏMƏ

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qayınanasını bıçaqlamaqda təqsirləndirilən 1981-ci il təvəllüdlü Həsənov Razim Mehman oğlunun məhkəmə prosesi başlayıb. Lent.az-ın məlumatına görə, hakim Səbuhi Hüseynovun sədrlik etdiyi prosesdə zərərçəkən, 1961-ci il təvəllüdlü Lətifova Zərnigar Qədimmolla qızı və hadisənin şahidi, R.Həsənovun həyat yoldaşı, 1990-ci il təvəllüdlü Həsənova Zeynəb ifadə verib.

 

Zərərçəkən Z.Lətifova ifadəsində kürəkəni R.Həsənovun spirtli içki düşkünü, qumarbaz olduğunu deyib. “Evə gəlmişdi, sərxoş idi. Aramızda mübahisə düşdü. Sonra mənə qara rəngli bıçaqla 3 dəfə vurdu. Xahiş edirəm ki, ona ən ağır cəzanı verin”.

 

Məhkəmədə şahid qismində dindirilən təqsirləndirilən şəxsin həyat yoldaşı Zeynəb Həsənova isə əri ilə aralarında daim problem olduğunu deyib. “4 ilə yaxın kirayə həyata yaşayırdıq. Kirayə qalmağın çətinliyini çox yaxşı bilirik. Müəyyən müddət idi ki, uşaqları götürüb, anamgildə yaşayırdıq. Mənimlə ərimin problemləri olduğundan Razim hərdən uşaqları görməyə gəlirdi. Hadisə vaxtı mən o biri otaqda yatmışdım. Balaca qızımın səsindən sonra otağa daxil oldum. Razim anamı yerə yıxıb əlindəki qara bıçaqla ona zərbələr endirdi. Sonra evi tərk edib getdi. Biz onunla boşanmaq üçün məhkəməyə müraciət etmişik. 2 uşağımız var ”.

 

Qeyd edək ki, bu il fevralın 17-də Sumqayıt şəhəri Sülh küçəsi 29 ünvanında da R. Həsənov münaqişə zəminində qaynanası Z. Lətifovanı bıçaqlayıb. 53 yaşlı qadın sinə, qarın və qol nahiyyəsindən xəsarət alıb.

 

Hadisənin baş vermə səbəbinə gəlincə, Razim Həsənov həyat yoldaşı Zeynəb Həsənov ilə aralarında mübahisə yaranıb. Mübahisə nəticəsində məsələyə qaynana qarışıb. Münasibətlər gərginləşib və kürəkən qayınanasını bıçaqlayıb. R.Həsənov qayınanasını söyüş söydüyü üçün vurduğunu deyib.

 

Faktla bağlı Cinayət Məcəlləsinin 126-cı (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə iş başlanıb.

 

Qeyd edək ki, proses oktyabrın 21-də davam etdiriləcək.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1340

Oxşar yazılar