Kürün Salyan rayonundan keçən hissəsində (“Salyan” sularda xilasetmə məntəqəsindən, təxminən 5 km məsafədə, nəzarət olunmayan ərazidə) naməlum kişi cəsədi aşkarlanıb.
Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, nazirliyin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Cəsəd nazirliyin dalğıc-xilasediciləri tərəfindən sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.