Kürdəmirdə üç maşın toqquşdu
28 iyun 2016 01:29 (UTC +04:00)

Kürdəmirdə üç maşın toqquşdu

0

Kürdəmirdə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

 

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.

 

Kürdəmir rayon sakinləri, 1983-ci il təvəllüdlü Fariz Fazil oğlu Cəfərovun idarə etdiyi “LADA Priora” 1953-ci il təvəllüdlü Əjdər Abbas oğlu Məmmədovun idarə etdiyi “Nissan” la toqquşub.

 

Daha sonra “Lada” markalı minik maşını 1962-ci il təvəllüdlü Cəfər Tapdıq oğlu Cəfərovun yol kənarında saxladığı “VAZ-2106” markalı maşına çırpılıb.

 

Hadisə zamanı xəsarət alan olmasa da, hər 3 maşın yararsız hala düşüb. Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 346

Oxşar yazılar