Kürdəmirdə qamışdan ibarət ev yanıb. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, Atakişili kəndində vətandaşa məxsus ümumi sahəsi 30 kv.m olan birmərtəbəli 1 otaqlı qamışdan ibarət evin dam örtüyü 25 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.
Faktla bağlı araşdırma aparılır.