Kürdəmir rayonu, Pirili kəndində (rayon mərkəzindən 28 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 140 kv.m olan birmərtəbəli 5 otaqlı evin 1 otağının yanar konstruksiyaları 26 kv.m sahədə yanıb. Lent.az-ın məlumatına görə, bu barədə Fövqəladə Hallar Nazirliyi xəbər yayıb. Yanğın zamanı 1 nəfər ayağından yüngül yanıq xəsarəti alıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 10:50-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Kürdəmirdə ev yanıb
382