Kürdəmirdə avtomobillərə atəş açan şəxs tutuldu
08 may 2017 12:13 (UTC +04:00)

Kürdəmirdə avtomobillərə atəş açan şəxs tutuldu

0

Kürdəmir rayonunda silahlı insident baş verib. Lent.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Kürdəmir RPŞ əməkdaşları tərəfindən ötən il dekabrın 2-də rayon sakini Sahib Xəlilovun idarə etdiyi “Mercedes” markalı avtomobilə tüfəngdən atəş açmaqda şübhəli bilinən Şüşün kənd sakini Baxış Sadıqov tutulub və hadisə törədilərkən istifadə edilən “TOZ-34” markalı tüfəng götürülüb.

 

Araşdırmalar zamanı həmin gün B.Sadıqovun tüfəngdən atəş açaraq Abşeron rayon sakini Xəqani Məmmədovun idarə etdiyi “Toyota” markalı avtomobilin şüşəsini sındırması da müəyyən edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 432

Oxşar yazılar