Kürdəmir rayonunda 63 yaşlı qadın bədbəxt hadisənin qurbanı olub. Lent.az-ın məlumatına görə, Muradxan kənd sakini, 1952-ci il təvəllüdlü Abbasova Tahirə Şirxan qızı yaşadığı evin həyətində qazılmış su quyusuna düşüb. Onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.