“Sahibkarlar bazarda əvvəlki qiymətlərlə işləyəcək”
02 avqust 2013 00:02 (UTC +04:00)

“Sahibkarlar bazarda əvvəlki qiymətlərlə işləyəcək”

 “Bu gün (avqustun 1-də-red.)Kürdəmirin mərkəzi bazarında sahibkarlar dinlənilib və onların tələbləri yerinə yetirilib. Heç bir qiymət artımı olmayacaq. Sahibkarlar bazarda əvvəllər hansı qiymətlərlə işləyiblərsə, bu gündən sonra da elə olacaq”.

Bunu APA-nın yerli bürosuna Kürdəmir mərkəzi bazarının baş mühasibi Səfa Hacıyev deyib.

 

O, bildirib ki, sahibkarlarla indiyə qədər də ortaya çıxan problemlər anlaşma yolu ilə aradan qaldırılıb: “Bundan sonra da belə olacaq. Biz bazarda “çek” tələb edən hər kəsə yer haqqı ilə bağlı ödənişə görə, “çek” də vermişik”.

 

Kürdəmir Rayon Polis Şöbəsindən isə bildirilib ki, avqustun birində bir qrup sahibkar bazarın qarşısında toplaşaraq, qiymət artımına etiraz edib: “Ərazidə xidmət aparan polis əməkdaşları onları nəqliyyatın və piyadaların hərəkətinə mane olmamaq üçün nizam-intizama, asayişi pozmamağa dəvət ediblər. Bu yöndə onlarla profilaktik söhbət aparılıb. Polisin tələblərinə anlayışla yanaşan həmin şəxslər dağılışıblar”.

 

Polisdən bildirilib ki, gün ərzində ərazidə tam sakitlik olub və heç kim saxlanılmayıb.

 

Qeyd edək ki, avqustun 1-də səhər saatlarında Kürdəmir rayon mərkəzi bazarında bir qrup sahibkar icarə haqlarının qaldırılmasına etiraz olaraq aksiya keçirib. Əraziyə yerli polis cəlb olunub.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 718
avatar

Oxşar yazılar