Aprelin 15-də Kür çayının Neftçala rayonu Kürqaraqaşlı kəndinin ərazisindən keçən hissəsində meyit tapılıb. Lent.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, ölən şəxsin Salyan rayon sakini Elmin Axundov olması müəyyən edilib. Meyit üzərində hər hansı zorakılıq əlamətləri aşkarlanmayıb.
Araşdırmalar davam etdirilir.