Külli miqdarda narkotik məhv edildi
25 iyul 2019 10:30 (UTC +04:00)

Külli miqdarda narkotik məhv edildi

0
Qusar rayon Polis Şöbəsinin Samur Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində rayonun Kufoba kəndi ərazisində yabanı halda bitmiş hündürlüyü 130 sm-ə qədər olan 254 ədəd narkotik tərkibli çətənə kolları aşkar edilib. 
 
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Quba regional qrupundan APA-ya verilən məlumata görə, həmin narkotik tərkibli bitkilər kökündən çıxarılıb, yandırılaraq məhv edilib. 
 
Faktla bağlı araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 566

Oxşar yazılar