Bakıda qəzet köşkündən pul oğurlayan şəxs tapılıb.
Lent.az Daxili İşlər Nazirliyinə istinadən məlumatına görə, Binəqədi RPİ 4-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyul və avqust aylarında paytaxt sakini Elçin Məmmədova məxsus qəzet köşkündən 1700 manat oğurlamış paytaxt sakini İlham Suvarov tutulub.