Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində 3194 müraciətə baxılıb
15 yanvar 2015 10:30 (UTC +04:00)

Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində 3194 müraciətə baxılıb

Baş prokurorluq yanında Korrupsiya Qarşı Mübarizə Baş İdarəsi vətəndaşların 3194 müraciətinə baxıb. Lent.az-ın məlumatına görə, bu barədə idarənin rəisi Kamran Əliyev 2014-ci ilin yekunları ilə bağlı iclasda qeyd edib. İl ərzində ümumilikdə 218 cinayət xarakterli material araşdırılıb. Həmin cinayət xarakterli materialların 82%-i üzrə cinayət işi başlanıb, digər məlumatları üzrə zəruri qabaqlayıcı tədbirlərin görülməsi təmin edilib.

 


İdarənin 161 saylı "Qaynar Xidmət" əlaqə mərkəzində 2014-ci ildə 4945 müraciət daxil olub, həmin müraciətlərin 21-i üzrə Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işləri başlanıb. Həmçinin, əlaqəli dövlət qurumları ilə birgə görülən tədbirlərin nəticəsində digər müraciətlərin müsbət həll olunması təmin edilməklə vətəndaşların pozulmuş hüquqları bərpa edilib, aşkar edilən qanun pozuntularının aradan qaldırılması məqsədi ilə müvafiq təşkilatları təqdimatlar göndərilib. Bununla yanaşı, korrupsiya ilə əlaqədar olmayan müraciət müəlliflərinə mülki, ailə, mənzil, inzibati və digər hüquq sahələrində pozulan hüquqlarının bərpası ilə bağlı ətraflı izahlar verilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 133

Oxşar yazılar