Korrupsiyaya Qarşı Mübarizə İdarəsi ABU ilə bağlı araşdırma aparır
30 yanvar 2014 14:00 (UTC +04:00)

Korrupsiyaya Qarşı Mübarizə İdarəsi ABU ilə bağlı araşdırma aparır

Azərbaycan Beynəlxalq Universitetinin (ABU) əksər məzunları diplomla təmin olunsa da, bəziləri hələ də diplomlarını ala bilməyiblər. Məsələyə Təhsil Nazirliyi də mövqeyini bildirib. Lent.az-ın məlumatına görə, nazirliyin elm, ali və orta ixtisas təhsili şöbəsinin müdir müavini Yaqub Priyev jurnalistlərə açıqlamasında bildirib ki, ABU-ya qanuni qəbul olunan bütün tələbələr öz diplomlarını alacaqlar.

 

“Bununla yanaşı, ABU ilə bağlı məsələ Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi tərəfindən də araşdırılır”.

 

Nazirlik rəsmisinin sözlərinə görə, Beynəlxalq Universitetlə əlaqədar Təhsil Nazirliyinə mindən artıq müraciət daxil olub.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1244

Oxşar yazılar