Köhnə yolötrücələri söküləcək, yenililəri tikiləcək
19 noyabr 2014 15:00 (UTC +04:00)

Köhnə yolötrücələri söküləcək, yenililəri tikiləcək

Bakı- Quba yolunun 9-cu km-də yerləşən yolörtücüləri sökülərək yerində müasir yolörtücələrini inşasına başlanılıb. Nəqliyyat Nazirliyi “Azəryolservis ASC” dən Lent.az-a verilən məlumata görə, sovet döründə inşa olunan yolötürücülərdən fərqli olaraq yeni tikilən müasir yolötürücüləri 4 aşırımdan ibarət olacaq ki, bununla da sonuncu aşırımın alt hissəsindən əks tərəfə keçid məqsədilə yeni hissə salınacaq. Uzunluğu 110m nəzərdə tutulan yolötürücülərin  birinin  eni 13,5m, digərinin  isə 15,5m olacaq.

Şəhərə giriş hissədə yerləşən yolötürücüsünün 1 dayağı  artıq hazırdır, 2-ci və 3-cü dayaqların  isə təməli betonlanıb. Hazırda dirəklər montaj olunur.

Şəhərdən çıxış üçün nəzərdə tutulan yolötürücüsündə dayağın armaturu yığılır.

Qeyd edək ki, işlərin 2015-ci ildə başa çatdırılması nəzərdə tutulur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 604
avatar

Səlcuq Elçin

Oxşar yazılar