Kənd kafesində 30 yaşlı kişini öldürdülər
Qubada qətl hadisəsi baş verib.
APA-nın şimal bürosunun verdiyi xəbərə görə, hadisə rayonun Aşağı Atuc kəndində yerləşən kafelərin birində qeydə alınıb. Kənd sakini, 31 yaşlı Cabir Əhmədxanov Quba rayon sakin, 30 yaşlı Babək Şükürovu bıçaqlayaraq öldürüb.
Qətlə yetirilən şəxs ailəli olub, bir övladı var.
Faktla bağlı Quba rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırmalar davam etdirilir.
359