Kəmaləddin Heydərov Qusarda vətəndaşları qəbul edəcək
27 oktyabr 2014 17:57 (UTC +04:00)

Kəmaləddin Heydərov Qusarda vətəndaşları qəbul edəcək

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov oktyabr 30-da Qusar şəhərində vətəndaşları qəbul edəcək. Lent.az-ın məlumatına görə, qəbulda yalnız Qusar, Quba, Xaçmaz, Şabran və Siyəzən rayonlarının sakinləri, habelə həmin rayonlarda məskunlaşmış məcburi köçkünlər iştirak edə bilərlər.

Qəbulda yalnız Fövqəladə Hallar Nazirliyinin fəaliyyəti ilə bağlı müraciətlərə baxılacaq.  Qəbula gələn vətəndaşların qeydiyyatı Qusar şəhər Mədəniyyət Sarayının inzibati binasında (ünvan: Qusar şəhəri, general Mahmud Əbilov adına Meydan) 29 oktyabr 2014-cü il tarixində saat 09.00-da başlayacaq.

 

Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 473

Oxşar yazılar