Baş Prokurorluğun sabiq işçisinə hökm oxundu
01 dekabr 2014 12:24 (UTC +04:00)

Baş Prokurorluğun sabiq işçisinə hökm oxundu

Bakı Ağır Cinayətlər Məhkəməsində Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsinin sabiq əməkdaşı Vüsal Müslümov və onun tanışı Sergey Biserovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Lent.az-ın məlumatına görə, Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hakimlər Kollegiyasının hökmü ilə V. Müslümov 12 il, S. Biserov isə 11 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

 

Qeyd edək ki, təqsirləndirilən Vüsal Müslümov və onunla birlikdə həbs olunmuş S. Biserov Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə ittiham olunurdu.

V. Müslümov baş prokuror Zakir Qaralovun əmri ilə işdən kənarlaşdırılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 973

Oxşar yazılar