Bakıda keçmiş polisi öldürən gəncin məhkəməsi başladı
20 oktyabr 2014 16:13 (UTC +04:00)

Bakıda keçmiş polisi öldürən gəncin məhkəməsi başladı

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində sabiq polis əməkdaşını qətlə yetirməkdə təqsirli bilinən 17 yaşlı Vüqar Yunisovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb. Lent.az-ın məlumatına görə, hakim İradə Həsənzadənin sədrliyi ilə keçirilən prosesdə V. Yunisov elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O, ifadəsində deyib ki, hadisədən əvvəl Vahid Əhmədovla şəxsi münasibətlər zəminində mübahisə edib. V.Yunisovun sözlərinə görə, mübahisə zəminində 63 yaşlı Vahid Əhmədovu bıçaqlayıb. Təqsirləndirilən şəxs törətdiyi əməldən peşman olduğunu açıqlayıb.

Prosesdə hal şahidləri və zərərçəkən şəxsin hüquqi nümayəndəsi çıxış edib.

Məhkəmə prosesi oktyabrın 27-də davam etdiriləcək.

Qeyd edək ki, Vüqar Yunisov bu ilin mayın 6-da sabiq polis əməkdaşı Vahid Əhmədovu bıçaqlayaraq öldürüb. Hadisə Yasamal rayonunun 11-ci Xreptovı küçəsində yerləşən 105 saylı evdə qeydə alınıb. Mayın 7-də Vahid Əhmədovun meyitini kirayə qaldığı evin sahibi tapıb və dərhal hadisə ilə bağlı Yasamal rayon Polis İdarəsinin 28-ci polis bölməsinə məlumat verib. Məlumat alan polis və prokurorluq əməkdaşları hadisə yerinə gəlib.
Araşdırmalar zamanı üç uşaq atası olan Vahid Əhmədovun bıçaqlanaraq öldürüldüyü məlum olub. Vahid Əhmədov hadisədən bir müddət əvvəl təqaüdə çıxıb və həmin evdə tək yaşayırmış.
 

Keçirilən əməliyyat nəticəsində cinayətin Bakı şəhər sakini, 1997-ci il təvəllüdlü V.Yunisov tərəfindən törədilməsi müəyyən edilib və o həbs edilib. Vüqar Yunisovun barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 648

Oxşar yazılar