Keçmiş polis həyat yoldaşını boğaraq öldürüb
02 may 2014 21:34 (UTC +04:00)

Keçmiş polis həyat yoldaşını boğaraq öldürüb

Bakıda dəhşətli qətl hadisəsi törədilib.

Yasamal Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə bu gün, H.Zərdabi küçəsi, 71, mənzil 176-da qeydə alınıb. Belə ki, 1978-ci il təvəllüdlü Dilavər Nadir oğlu Əhmədov həyat yoldaşı, 1989-cu il təvəllüdlü Günay Eldar qızı Əhmədovanı boğaraq öldürüb.

 

Hadisəyə ailə daxili münaqişənin səbəb olduğu bildirilib. Dilavər Əhmədov könüllü olaraq  polisə təslim olub. Faktla bağlı Yasamal rayon prokurorluğu istintaq aparır.

 

D.Əhmədovun keçmiş polis işçisi olduğu bildirilir. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1890
avatar

Oxşar yazılar