<b>Keçmiş məhkum öz əməlindən qalmadı</b>
29 aprel 2019 13:13 (UTC +04:00)

Keçmiş məhkum öz əməlindən qalmadı

Gəncə şəhər sakini saxlanılıb. 

Bu barədə Lent.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Kəpəz Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki evlərin birindən su sayğacı, həmçinin milli hidrometeorologiya, suvarma və sukanal idarələrinə məxsus artezian quyularını elektrik enerjisi ilə təmin edən xətlərin hissələrini kəsərək oğurlamaqda şübhəli bilinən Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş F.Rəhimov saxlanılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 640

Oxşar yazılar