Keçmiş məhkum oğurluğa arvadını da apardı
06 iyul 2019 12:08 (UTC +04:00)

Keçmiş məhkum oğurluğa arvadını da apardı

0
Bakıda evdən oğuluq olub.
 
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Lent.az-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq etməkdə şübhəli bilinən Bakı şəhər sakinləri, əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş M.Əlövsətov və arvadı P.Qarayeva və paytaxt sakini N.Rzayeva saxlanılıblar.
 
Onların iyunun 30-da “Motodrom” adlanan yaşayış sahəsindəki evlərin birindən 1500 manat dəyərində qızıl-zinət əşyaları oğurladığı müəyyən edilib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1051

Oxşar yazılar