
Keçmiş məhkum məcburi köçkünün evindən oğurluq etdi
Məcburi köçkünün mənzilindən oğurluq edən şəxs saxlanılıb
DİN Mətbuat Xidmətinin Bərdə regional qrupundan Lent.az-a verilən məlumata görə, bu barədə Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Mənzil İstismar Deprtamentindən Xocavənd rayon Polis Şöbəsinə məlumat daxil olub. Müraciətdə məcburi köçkünlər üçün salınmış qəsəbədəki mənzillərin birindən oğurluq edildiyi bildirilib.
Məlumatla əlaqədar müvafiq tədbirlər görülüb, hadisə yerinə baxış keçirilib. Həmin mənzildən 350 manat dəyərində 1 ədəd su qızdırıcısının oğurlandığı müəyyən edilib. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Ağdam rayon sakini, əvvəllər məhkum edilmiş Razin Cəfərov saxlanılıb. Oğurlanmış su qızdırıcısı maddi sübut kimi götürülüb.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Oxşar yazılar

"Maştağa dəlixanası"da meyit tapıldı
1 sentyabr 2025 , 16:13
“Mərkəzi Park”da 2 yaşlı uşaq kanalizasiya quyusuna düşdü -FOTO
1 sentyabr 2025 , 14:55
Tanınmış aktrisa qəzaya düşdü - FOTOLENT
1 sentyabr 2025 , 14:46
Lənkərana "od vuran" tutuldu
1 sentyabr 2025 , 13:30
Zaqatalada ADAM OĞURLUĞU: Prokurorluğun qarşısından qızı zorla qaçırdılar – ANBAAN VİDEO
1 sentyabr 2025 , 13:00
Bakıda ŞOK CİNAYƏT: azyaşlıları zorla dilənçiliyə cəlb edən tutuldu
1 sentyabr 2025 , 11:39
Qəbələdə 50 yaşlı qadın sirkə turşusu içib öldü
1 sentyabr 2025 , 11:00