APA-nın Qarabağ bürosunun məlumatına görə, yeddi il əvvəl ailə quran cütlük boşandıqdan sonra aralarında bir neçə dəfə münaqişə baş verib. Keçmiş həyat yoldaşı Nüşabə Məmmədova ilə barışmaq istəyən Elnur Dünyamalıyev cəhdi uğursuzluqla nəticələndiyinə görə, avqustun 29-də qaynatasıgilə gələrək hamının gözü qarşısındaca Nüşabə Məmmədovanı odlu silahla qətlə yetirmək istəyib. Ağır güllə yarası alan qadın Bərdə Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.
Yaralının vəziyyəti həkimlər tərəfindən ağır qiymətləndirilir. Hadisəni törədən Elnur Dünyamalıyev Tərtər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağlı Tərtər Rayon Prokurorluğunda cinayət işi başlanıb, araşdırma aparılır.