Gültəkin Hacıbəyli və Anna Karenina
“Levin üç ay idi ki, evli idi. O xoşbəxt idi, ancaq həyatdan daha çox şeylər gözləyirdi. Dönüb geriyə baxanda həyata keçməmiş arzularının həsrətini çəkirdi. Həyatın gözlənilməz sürprizləri onu məyus edirdi.
Levin xoşbəxt idi. Lakin ailə həyatı qurandan sonra hiss etdi ki, onun həyatı heç də təsəvvür etdiyi kimi deyil”.
L.N. Tolstoy
Ədəbiyyat müasir cəmiyyətin təcəssümü (Bıkov) və ya müasir insanların baxışlarına elə onların öz həyatlarını əks etdirən yazılarla təsir vasitəsidirmi (Oriel)?....
“Bıkov və Oruelin eləcə də digərlərinin suallarına ən yaxşı cavab odur ki, yazarlar və ədəbiyyat gündəlik həyatı araşdırmaq və ya bu günün suallarına cavab verməməlidir” –Lev Tolstoy ədəbiyyatı dəyərləndirərkən bu qənaətə gəlib.
Bir gün Tolstoydan soruşublar - Ədəbiyyatın olmayacağı bir gün gələcəkmi?
Lev Nikolayeviç öz tutarlı cavabı ilə bütün ədəbi tənqidçiləri ədəbiyyatın gerçək üzünü görməyə dəvət edib.
Ədəbi əsərlər nəyə görə lazımdır –sualına cavab verərkən Tolstoy belə bir nəticəyə gəlir ki, yazıçılar uydurma romanları ilə əslində həyatın gerçəkliklərini göstərir. Yoxsa, söz azadlığı o qədər də “azad” deyil axı... , insanlar həqiqətləri deyə bilsələr yazıçılara ehtiyac qalmaz: Mənə elə gəlir ki, vaxt keçdikcə bədii əsərlər sıradan çıxacaq. Hansısa uydurma İvan İvanoviç və Marya Petrovna haqqında vicdanla quraşdırılmış hekayətlər ortaya çıxacaq. Yazıçılar, təbii ki, əgər mövcud olarlarsa, yazmayacaqlar, ancaq həyatda rastlaşdıqları hansısa mühüm və ya maraqlı hadisələri nəql edəcəklər”.
Elə bəlkə də buna görə bədii ədəbiyyatın sonu gəlib? Çünki, bu gün artıq bizim hər birimiz hekayənin qəhrəmanlarının adlarını şərti deyil olduğu kimi təqdim etməklə hekayələr danışa bilirik. Başqa sözlə desək, əgər əvvəllər yazıçılar nəinki siyasilərin, hətta sıradan insanların hekayətlərini yazarkən özlərindən şərti adlar uydururdularsa, bu gün hər şey açıq-aşkardır.
Məsələn, götürək elə 19-cu əsrdə Rusiyada sosial problemlərdən bəhs edən “Anna Kareninanı”. O zaman söz və fikir azadlığı sosial norma hesab edilirdi. Daha dəqiq desək, fikir azadlığı insanlara eşidib- gördüklərini, hiss etdiklərini yazmaq azadlığı verirdi. Reallığı bədii eşidib-gördüklərini uydurma obrazlarla təqdim edən bədii ədəbiyyat vasitəsilə göstərməyə ehtiyac yox idi.
Tolstoyun arzusu gerçəkləşdi! Doğrudur söz azadlığını qalibiyyəti vasitəsilə həyata keçmiş arzu bədii sözün keyfiyyətini deformasiyaya uğratsa da, biz hər gün müxtəlif insanların həyat hekayələri ilə rastlaşırıq. Bu hekayələr yəqin ki, hansısa böyük bir ədibin əsərinə çevrilə bilərdi.
Yalan qəddarlıq, satqınlıq, nifrət və yalan sevgi ilə dolu həmin qəmgin həyat hekayələrindən birini də mənə ölkəmizdə sosial ədalətin carçısı olan bir qadın tərəfindən bütün həyatı alt-üst olan bir nəfər danışdı.
Telefon Zəngi
-Salam
-Salam
-Siz hüquq müdafiəçisi Eynulla Fətullayevsiniz?
-Özüdür ki var.
-Sizi Gültəkin Hacıyevanın keçmiş həyat yoldaşı narahat edir...
Bu zaman elə bil daxilimdə, qəlbimdə bir narahatlıq hiss etdim. Kiminsə “postel” həyatını qarışdırmaq, kiminsə intim həyatını təfərrüatları ilə ortaya qoymaq, hətta olduqca məşhur birisi olsa belə- mənə görə deyil və mən hər zaman başqalarının özəl həyatına qarışan jurnalistlərin bu cür cəhdlərini qınamışam.
Az qalmışdı ki, onun görüş təklifini rədd edim, lakin qəlbi sınmış qəhrəmanın (yəqin ki, nə isə dəhşətli bir şey baş verib!!!) “Mənə oğlumu tapmağa kömək edin!” deməsi ürəyimi yumşaltdı, ona yazığım gəldi.
Qəmgin baxışlı insan
Onun halına yanmam, eyni zamanda sadə insani maraq məni onunla görüşməyə, qeyri-adi hekayəsini dinləməyə sövq etdi. Onların oğluna nə olub axı? Nəyə görə atanın öz övladını tapmağa gücü yetmir? Nəyə görə Gültəkin Hacıyeva kimi cəmiyyət içində kifayət qədər tanınmış bir insan susur? Ümumiyyətlə nə baş verir? Bu suallara cavab tapmaq üçün mənə zəng edən insanla görüşə getdim.
Qarşımda hündürboy, enlikürək, təqribən 40 yaşlarında, kifayət qədər məğrur, yaraşıqlı, ziyalı bir şəxs dayanmışdı... Bir neçə dəqiqəlik tanışlıqdan sonra bildim ki, qarşımdakı şəxs prokurorluğun keçmiş müstəntiqi, Gültəkin Hacıbəylinin keçmiş həyat yoldaşıdır. Onu dinləyərkən dəhşətə gəldim.
“ 9 ildir ki, oğlumu görmürəm. Yazıq Toğrulum! Uşaq anadan olan kimi, Gültəkin Hacıbəyli məndən boşandı. O gündən sonra mənim uşaqla görüşmək cəhdlərimin hamısı boşa çıxıb. 2006-cı ilin mayında Səbail məhkəməsi oğlumu həftədə bir dəfə, hər 3-cü gün 3 saat görməyimə icazə verən qərar çıxardı. Ancaq o, istənilən məhkəmənin qərarını rədd etmək iqtidarında olan güclü bir millət vəkili idi. O məhkəmənin qərarını saralmış adi bir kağıza çevirdi.
Məhkəmə icraçıları ona yaxınlaşmağa belə qorxurdular. Məhkəmənin qərarı beləcə icra edilməmiş qaldı. Mən uşağımı doğulduğu gündən görməmişəm...”
Dəhşətli faciədir! Atanı uşaqdan ayırmaq üçün gərək ürəyin daşdan əsəblərin dəmirdən olsun. Gültəkin Hacıbəyli kifayət qədər ziyalı bir insanın həyatını cəhənnəmə çevirib...
Hər şey elə yaxşı başlamışdı ki...
Mahmud Mehdiyev və Gültəkin Hacıbəylinin ailələri yaxın dost olublar. Gültəkin demək olar ki, Mahmudun gözü qarşısında böyüyüb. 2003-cü ilin mayında onlar ailə həyatı qururlar.
“Anam ikiotaqlı mənzilimizi satdı. 50 min dollardan bir az çox pulumuz var idi. Həmin pula mənzilimiz təmir etdirdim, mebel aldım. Və biz yeni həyata başladıq...”
Qorio atanın qızı
Amma… bir az musiqi, bir az da akkordeon ifa etdi. G.Hacıyeva uşağının doğumundan dərhal sonra sevimli əri və ailə dostunu gözlənilmədən qapı arxasına qoyur, boşanmaq üçün ərizə verir və uşaqlıq dostları ilə əlaqəni kökündən kəsir. Təxminən elə həmin vaxt, Hacıyevanın soyadı mənalı sonluqla – “bəyli” ilə bitir. Azərbaycan siyasi şousunun bu yeni ulduzu dövlət ekranından düşmür – bütün seçkilərdə prezidentin özünün etibarını qazanmış, bütün partiya və hökumət komissiyalarının daim iştirakçısı və olduqca böyük iqtidaryönlü istiqamətə çevrilən Hacıyeva “YAP” hökumətinin möhkəmlənməsi üçün mübarizə aparır.
Deputat yalnız bir şeyi - Azərbaycanda mütləq demokratiyanın hökm sürdüyünü, insan hüquqlarının azadlığını, heç bir siyasi məhbusun olmadığını və sovet şinelindən qopmuş bu fenomenal ərazinin – yeni demokratiya beşiyi olmasını sübut etmək üçün təkcə doğma Goranboy ərazisində deyil, onun üçün yad olan Strasburqda vuruşur.
İndi onun üçün nəinki uşaqlıq dostu, həm də prokuror – əzməyə belə insaf etmədiyi hər hansı bir həşəratdır. Necə düşünürsünüz, ədalətin müdafiəçisi nə edir?
“Boşandıqdan sonra o, satdığımız anamın mənzilinə iddia irəli sürdü. O, məhkəməyə müraciət etdi və məhkəmə satılan mənzil üçün ona 22 min manat ödəməyə məcbur etdi!!!” - Mahmud bildirib. Deputat G.Hacıbəyli onun mənzilini tikən işçi briqadasına maaş ödəməyib.
Mən hiss edirəm ki, ona, müvəffəqiyyətdən başı gicəllənən qadınla döyüşündən danışmaq xoş deyil, amma o həvəssiz şəkildə öz taleyindən danışmağa davam edir.
Qeyri-məhdud hakimiyyətin şirinliyini dadmış hökmran despot, adi müstəntiqlə hesablaşmaq niyyətində olmayıb. O, əlbəttə, ona qalib gəlib. Bu, şübhəsiz məşhur nəticəyə malik döyüşdür.
Mahmud Mehdiyevi təşkil olunmuş cinayətlə mübarizə idarəsində sorğu-sual edirlər (!), onu prokurorluqdan, qardaşı Seymur Mehdiyevi isə - vergi işlərinə görə nazirlikdən qovurlar və Sabunçu rayonunun polis idarəsində xidmət etmiş üçüncü qardaş Allahverənin taleyi tükdən asılı qalır… Amma burada nazir qüdrətli deputatın badına gedən digər insanlardan fərqli olaraq daha ədalətli olub.
Layiq olmadığı yüksəkliyə qalxan Gültəkin, artıq adi insanlara və onların əzablarına diqqət etmək vərdişini itirib. Bəyli olmuş Hacıyeva, ziyalı və ləyaqətli insanların üzərində əsl divan təşkil edib. Təəssüf ki, bu divanda Azərbaycan məhkəmələri vicdansız deputata kömək ediblər. Mehdiyevlər ailəsi 7 il dövlətdə müdafiə axtarıb, amma dövlət öz vətəndaşlarından imtina edir.
Gültəkin Hacıyeva bununla sakit qalmayıb. Onun əməllərinin qurbanı onun doğma dayısı - Goranboyda yaşayan yaşlı İdris-kişi olub ki, o, onun “Emil” MMC müəssisəsini əlindən alıb. Təkcə bu deyil! O, ona məxsus gips karyerasını əlindən alıb. Doğma dayını çörəksiz qoymaq! Bunun üçün daş ürəyə malik olmaq lazımdır.
Amma insan ürəyi belə xəyanətə dözməyə qabil deyil – qocanın ürəyi bütün bunlara dözməyib əzablardan sonra dayandı. Onun ölümünə az qalmış o ardıcıl müsahibələrlə çıxış etdi və doğma qardaşqızına təşkil edilmiş divandan danışdı. Təsəvvür edirsiniz?! Hansı Tolstoy? Burada, Qorio atanın müasir qızını təsvir etmək üçün Balzak lazımdır!
Gültəkin zövq əldə etdi
Gültəkin üçün həyat böyük kafeteriyaya, deputatlar isə onun təsəvvüründə həmişə iştahası olan insanlara çevrildi. Goranboy camaatının sözlərinə görə, o həmişə öz seçki dairəsinin bütün dövlət məmurlarına vergi qoymağa vaxt tapırdı. Onun haqqında hətta əfsanə və lətifələr qoşmağa başladılar. Onlardan biri budur:
Gültəkin Hacıyeva rayon rəhbərinin yanına gəlir və ondan 5 min tələb edir.
- “Bu yaxınlarda vermədim?!” - rüşvətdən yorulmuş rayon rəhbəri şikayətlənir.
- Sən rayonun girişində tikilib qurtarmayan məscidi gördün? 5 minə mən bu məscidi tikəcəyəm. Hamı danışacaq ki, Gültəkin məscid tikib – G.Hacıyeva əmr edib.
- Yaxşısı budur məscidi mən özüm tikim və insanlar düşüsünlər ki, rayon rəhbəri məscid tikdi! – rəhbər deyib və bir neçə həftə sonra barmaqlıqlar arxasında olub.
Bu kəsintilər xəstəxanaların, məktəblərin və başqa sosial obyektlərin tikintisindən çıxarılırdı. Beləcə o “zülm edilmiş azərbaycanlıların” sosial hüquqları haqqında danışır…
Faktiki olaraq o, bütöv regionun gizli sahibinə çevrildi. Avropaya inteqrasiya carçılarından birinə çevrilməklə, o nə çox nə az çox - 40 hektar torpaq təsərrüfat sahəsinə malik oldu! Təsəvvür edirsiniz, xalq nümayəndəsinin cüzi maaşına bütün bunlar! Şərəf haqqında danışan Hacıyeva 2005-ci il seçkilərinə əlamətdar şüarla qatılıb: “Mən Goranboyu layiqincə təmsil edəcəyəm!”. Axı deputat ləyaqəti olmadan, yəni şəxsi tarlaları ilə zəngin regionu təmsil edə bilər.
Əgər siz bunda Avropa Şurası Parlament Assambleyası deputatının “demokratik qənimətçiliyi” haqqında düşünürsünüzsə, onda siz böyük səhv edirsiniz! O böyük tarlalar, Mehdiabad qəsəbəsində, paytaxtın mərkəzində yeni mənzillər əldə edib… Yetim Hacıyevadan Hacıbəyliyə çevrilən parlamentin deputatı, hörmətsizlik əlaməti kimi indi mənzil şəklində prezident hədiyyəsini qəbul edərdi. Bütün parlament, bütün idarə edən sinif, icra hakimiyyətinin bütün başçıları - lovğa, həyasız, başqasını yıxaraq qəti şəkildə irəli gedən yeni yırtıcı haqqında danışırlar.
Hacıbəyli öz fəlsəfəsinin möhkəmliyinə əmin idi: “Bu həyatda möcüzələri insanın özünün etməsi lazım gəlir, bəlkə Allah başqa yerdə başqa işlə məşğuldur”.
“O Allahı unudub” - Mahmud təkrarlayır. Nədənsə o mənə Kareninanı deyil, “Anna Karenina” romanından Levini xatırlatdı, çünki gücü tükənib.
“Bəyli”dən emiqrasiya
Uğursuzluğun üfunətə bənzər xüsusi qoxusu vardır. Onu yalnız Allahı unutmuş insanlar hiss edə bilərlər.
“Mən siyasətdən yoruldum və elmlə məşğul olmaq istəyirəm” - Goranboydan üçüncü dəfə deputatlığa namizəd olmağa risk etməyən Gültəkin Hacıbəyli söyləyib. Onun özünün getməsi və ya çıxarılması bir Allaha məlumdur. Amma belələri özləri getmirlər, hətta Karenina kimi gedən qatarın altına atılmırlar. Onlar gedən qatardan qabaqda qaçmırlar. Burada romantizm yoxdur. Hacıbəyli bir vaxtlar poeziya ilə maraqlanıb və köhnə saytlarda öz biabırçı şeirlərini dərc edib. Yalnız pis romantiklər pis şeirlər yazırlar. Bu nədir? Mənə elə gəlir ki, belə xarakterlər şəxsi dəyərə malik olmama şüurundan formalaşır, başqa cür belə dəli eqosentrizmi izah etmək çətindir.
Amma Hacıbəyli çoxlarının gözlədiyi kimi, siyasətdən getmədi. O özünü elmə də həsr etmədi - onun elmlə işi yoxdur, çünki elm narsisizm və eqosentrizmi inkar edir, insan özünü bu işə tamamilə həsr etməlidir, amma bizim Kareninamız belələrindən deyil. O siyasətə qayıtdı, amma əvvəl “bəyli” sonluğunu atdı. Parıltı da getdi, təkcə yoxsulluq qaldı. O, keçmiş vaxtlardakı kimi, təvazökar, parıltısız, bir az utanaraq siyasət haqqında yenidən danışmağa başladı. Əgər əvvəllər o öz prezidenti ilə fəxr edirdisə, bu gün o qərb liderləri ilə fəxr edir; əgər əvvəl Heydər Əliyevdən sitat gətirirdisə, bu gün - Qandidən gətirir; əgər əvvəl unikal Azərbaycan modelindən danışırdısa, bu gün fədakarlıqla xidmət etdiyi hakimiyyəti ittiham edir. Əgər əvvəl onun bəyanatları - ölkəmizdə siyasi dustaq yoxdur - sovet ruhunda olurdusa, bu gün siyasi dustaqların əzabları onu yumşaldır. Bu mimikriyadır? Gültəkin, icazə verin sizə maskanın altından baxım, axı 40 il sonra insan simasına görə məsuliyyət daşıyır?!
Bu gün o, İlham Əliyevi və bütün hakimiyyəti hədələyir. Doğrudanmı bu sizsiniz, xanım Hacıyeva? Bəli, bu mənəm, o cavab verəcək. Əvvəlki Hacıbəyli artıq yoxdur. Lakin Hacıbəyliyə məxsus hər şeyi qaytarmaq lazımdır, elə deyil?
Qaytarmaq, tərk etmək, Vronskilə ziyalı kəndə getmək. Gültəkin çıxış etdiyi Azərbaycan hakimiyyəti rolunu - Aleksey Aleksandr Kareninanı satdı! Vronski – Ziyalılar Forumudur, mübahisə etmirəm, bəlkə də o, ürəkdən ona aşiq olub, amma bu sevgi qüsurludur. Bu cür sevgi faciəyə gətirib çıxaracaq. Gec-tez o bunu anlayacaq. O, qatarın altına düşdüyü günü xatırlayacaq. O, uçurumun yuxarısında duran bir insanın vəziyyətdədir.
Amma bizim Kareninamız qatarın altına atılmayacaq. O vağzalda yeni qatarı gözləyəcək. Bəs həmin qatar gələcəkmi? Bilmirəm. Hər kəsin öz taleyi vardır.
P.S. Qoy Hacıyeva öz qatarını gözləsin. Amma prezident ədaləti bərpa etməlidir. Axı Mahmud Mehdiyev günahkar deyil və o oğulunu geri almalıdır. 2006-cı il Azərbaycan məhkəməsinin bu tələbi, nəhayət, icra olunmalıdır. Hətta keçmiş deputat bu hüquqa hörmət etməsə belə, dövlət atanın hüququna hörmət etməlidir.
Müəllif : Eynulla Fətullayev /haqqin.az