Kaspşik Tərtər İcra hakimiyyətində olub
06 fevral 2018 11:49 (UTC +04:00)

Kaspşik Tərtər İcra hakimiyyətində olub

0

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik Tərtər rayon İcra Hakimiyyətində olub.

 

 

APA-nın Qarabağ bürosunun xəbərinə görə, rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov ATƏT nümayəndəsini qəbul edib. M. Məmmədov Anjey Kaspşiklə görüşdə cəbhə xəttinə yaxın yaşayış məntəqələrində yerli əhalinin qarşılaşdığı çətinliklər barədə məlumat verib.

 

 

Bildirilib ki, sonuncu dəfə 8 noyabr 2017-ci ildə monitorinq keçirildiyi gündən bu günədək Ermənistan Silahlı Qüvvələri 481 dəfə atəşkəsi pozub. Ermənilər dinc əhalinin yaşadığı kəndləri ağır artilleriya qurğularından atəşə tutub, təsərrüfatda çalışan kəndlilər dəfələrlə erməni hərbçilərin atəşinə məruz qalıb.

 

 

Rayon İH başçısı cəbhəyanı yaşayış məntəqələrində yaşayan dinc əhalinin həyatının daima təhlükə altında olduğu barədə məlumat verib.

 

 

Görüşdən sonra A. Kaspşik cəbhə xəttində monitorinq aparmaq üçün qoşunların qarşıdurma xəttinə yollanıb.

 

 

Qeyd edək ki, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, bu gün Tərtər rayonu ərazisində yerləşən Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində növbəti monitorinq keçirilir.

 

 

Monitorinqi Azərbaycan tərəfindən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik və onun səhra köməkçisi Mixail Olaru, Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş və nəzarət olunan Azərbaycan ərazisində monitorinqi şəxsi nümayəndənin səhra köməkçiləri Gennadi Petrika, Oqnyen Yoviç və Martin Şuster izləyirlər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 319

Oxşar yazılar