Kann kinofestivalı başlayır
14 may 2014 18:20 (UTC +04:00)

Kann kinofestivalı başlayır

67-ci Kann Beynəlxalq kinofestivalı  bu gün axşam Fransa rejissoru Olivye Daanın “Monako şahzadəsi” filminin nümayişi ilə açılacaq. Lent.az-ın məlumatına görə, 18 filmin iştirak etdiyi müsabiqəyə fransız aktrisası Karol Buke, Uillem Defo (ABŞ), Qael Qarsia Bernal (Meksika), Çon Do En (Cənubi Koreya), Leyla Hatəmi (İran), Sofiya Koppola (ABŞ), Tszya Canke (ÇXR) və rejissor Nikolas Vindinq Refn (Danimarka) münsiflik edirlər. Münsiflər heyətinə yeni zelandiyalı rejissor Ceyn Kempion başçılıq edir.

Bu il festivalı fransız aktyoru Lamber Vilson aparacaq.

Bundan əlavə, festival çərçivəsində qısametrajlı filmlərin müsabiqəsi də keçiriləcək. Rejissor Sergey Pikalovun Rusiya və Azərbaycanın birgə istehsalı olan və Yer üzündə yaşayan sonuncu İkinci dünya müharibəsi veteranından söz açan “Sonuncu” ibrətamiz sənədli filmi də müsabiqə iştirak edir. Filmdə baş rolda 66 yaşlı azərbaycanlı aktyor İdris Rüstəmov çəkilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 593
avatar

Oxşar yazılar