Samur-Abşeron su kanalında batmış 53 yaşlı Talıb Saqil oğlu Ömərovun axtarışları sentyabrın 30-da başa çatıb.
Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, T.Ömərovun meyiti batdığı yerdən, təxminən, 70 km aralıda vətəndaşlar tərəfindən tapılaraq, sudan çıxarılıb.
Xatırladaq ki, T.Ömərov sentyabrın 27-də Samur-Abşeron kanalının Siyəzən rayonu ərazisindən keçən hissəsində batıb.