Mayın 19-da Şəmkir rayonunun Kür qəsəbəsi ilə Yeniabad kəndi arasındakı ərazidə suvarma kanalında batmış 13 yaşlı oğlanın meyiti tapılıb. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, 2000-ci il təvəllüdlü Elmar Mahir oğlu Həsənovun axtarışları başa çatıb. E.Həsənovun cəsədi Fövqəladə Hallar Nazirliyinin müvafiq qurumları tərəfindən batdığı yerdən, təxminən, 80 m aralıda tapılaraq sudan çıxarılıb.
Cəsəd aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 20:46-da başa çatıb.