Kanada hakimiyyəti Milli Birlik sammitinin bu il Şri -lakada keçirilməsin etiraz edib.
Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, ölkənin xarici işlər naziri Con Berd bildirib ki, Şri-Lank Birliyin demokratiya və qanunun aliliyi kimi dəyərlərinə hörmən etmir.
Onun sözlərnə görə, 2009-cu ildə ölkədə hərbi cinayət baş verib : «İndiki hakimiyyət isə ayrılmaq istəyən tamillərlə barışmaqdan ötür cəhd belə göstərmir».
Şri-Lanka hakimiyyəti nazirin bəyanatına cavab olaraq, bildirib ki, Kanada hakimiyyəti oradakı tamil diasporunun təzyiqlərinə təslim olub.
Qeyd edək ki, Britaniyanın müstəmləkə torpaqlarında qurulmuş dövlətlər Birlikdə cəmlənib.