Kamal Abdulla: “Azərbaycanı sevməyənlərin dəyirmanına su tökənlərə qarşı sözünü dövlət deyəcək”
01 aprel 2014 19:20 (UTC +04:00)

Kamal Abdulla: “Azərbaycanı sevməyənlərin dəyirmanına su tökənlərə qarşı sözünü dövlət deyəcək”

“Əvvəllər azsaylı xalqlar deyirdik. İndi, ümumiyyətlə, biz azsaylı xalqlar ifadəsini öz leksikonumuzdan çıxartmalıyıq. Xalq olur, azsaylı xalq olmur ki. Biz hamımız bir-birimizin yanındayıq və hamımızı birləşdirən Azərbaycan var”.

 

APA-nın xəbərinə görə, bunu Azərbaycanın millətlərarası, multikulturalizm və dini məsələlər üzrə yeni dövlət müşaviri Kamal Abdulla Bakı Slavyan Universitetində Azərbaycandakı milli azlıqların milli-mədəni təşkilatlarının rəhbərləri ilə keçirilən görüşdə deyib.

 

Onun sözlərinə görə, Azərbaycan, azərbaycançılıq naminə olan işlərdən kənarda nə baş verəcəksə, dövlətin o hərəkatı, yad nəfəsi susdurmağa gücü var: “Dövlət parçalanma, separatçılığın olmasına imkan verməyəcək. Bu məsələlər bizə yad olan məsələdir, nə bizim xalqımıza, nə də həmin xalqların Azərbaycan naminə şəhid gedən övladlarının uyğun gələn məsələ deyil. Dağlıq Qarabağ münaqişəsi başlayanda cəbhəyə öncə talışlar, ləzgilər, tatlar, ruslar getdi. Burada əyləşən hər bir millətin nümayəndəsi getdi. Budur azərbaycançılıq”.

 

K.Abdulla qeyd edib ki, icmalarla bu məqamları qorumaq üçün bir çox işlər görəcək, müxtəlif layihələr icra ediləcək. Onun sözlərinə görə, bu layihələr xalqların mədəniyyətinin çiçəklənməsi, Azərbaycan ölkəsində təmsil olunan dillərin çiçəklənməsi, müxtəlif tarixi mədəniyyətin öyrənilməsi, ənənələrin davam etdirilməsi istiqamətində olacaq: “Bu istiqamətdə icmaların irəli sürəcəyi layihələri gözləyəcəyəm. Biz artıq çox intensiv şəkildə başlayaraq işimizi görməliyik. Azərbaycan dövlətçiliyi naminə hamımız əl-ələ verib çalışmalıyıq. Öz fəaliyyətimizlə həm öz icmalarımızın nümayəndələrini, həm də bütövlükdə Azərbaycanı və dostlarını sevindirməliyik. Azərbaycanı sevməyənlərin dəyirmanına su tökənlərlə bizim yolumuz bir deyil və olmayacaq. Onların məkrli niyyətləri, hiylələri və üstü bəzədilmiş ibarələri ilə heç kimi yanlışlığa, aldatmağa cəhd etməyə ehtiyac yoxdur. Onlarla bizim işimiz olmayacaq. Onlara qarşı sözünü dövlət deyəcək”.

 

Dövlət müşaviri icma rəhbərlərinin həm bir-biri ilə, həm də dövlət qurumları ilə sıx əməkdaşlıq edəcəyinə ümid etdiyini bildirib: “Müxtəlif səbəblərdən real fəaliyyətdən kənarda qalan gəncləri də bu işlərə cəlb edə bilərik. Ona görə ki, gənclər müxtəlif yollara, dövlətçiliyimizə yad olan yollara gedə bilirlər. Ona görə də gəncliyimizi bu yollardan qorumalıyıq”.

# 687
avatar

Oxşar yazılar

Bakıda bu yolda sürət endirildi

Bakıda bu yolda sürət endirildi

3 may 2024 , 23:15
Polis kapitanı faciəvi   şəkildə öldü

Polis kapitanı faciəvi şəkildə öldü

3 may 2024 , 18:48
Bakı həbsxanasında ÖLÜM

Bakı həbsxanasında ÖLÜM

3 may 2024 , 17:31
İtkin düşən hamilə qadının meyiti tapıldı

İtkin düşən hamilə qadının meyiti tapıldı

3 may 2024 , 16:47
Bakıda kişi sevgilisinə görə özünə OD VURDU  - VİDEO  - YENİLƏNİB

Bakıda kişi sevgilisinə görə özünə OD VURDU - VİDEO - YENİLƏNİB

3 may 2024 , 16:37
Kəlbəcərdə hərbçilərimiz QƏZAYA DÜŞDÜ:  1 ölü, 4 yaralı

Kəlbəcərdə hərbçilərimiz QƏZAYA DÜŞDÜ: 1 ölü, 4 yaralı

3 may 2024 , 16:27
Azərbaycanın güneyində DƏHŞƏTLİ QƏZA:  7 nəfər öldü

Azərbaycanın güneyində DƏHŞƏTLİ QƏZA: 7 nəfər öldü

3 may 2024 , 15:24
Sürücü yol polisinə bıçaq çəkdi

Sürücü yol polisinə bıçaq çəkdi

3 may 2024 , 15:19