Aprelin 25-də "Yeni Müsavat"ın reportyoru Fərahim İlqaroğlunu yaşadığı evin qarşısında döyən Feyruz Termişinin saxlanmasının ardından, hadisənin digər iştirakçısı Orxan adlı şəxs və cinayətin sifarişçisi Tural Bayramov da həbs edilib. Bu barədə musavat.com-a qeyri-rəsmi mənbələrdən xəbər daxil olub.
Saytın yazdığına görə, F. Termişini F.İlqaroğlunu döydüyü zaman digər şəxs hadisə yerində telefonla çəkiliş aparıb: “Onun məqsədi bu kadrları sifarişçiyə göstərərək verilən göstərişin nə dərəcədə dəqiqliklə yerinə yetrildiyini və vəd olunan "qonorar"ı qazanmaq üçün necə zəhmət çəkdiklərini nümayiş etdirmək olub”.