Yeni Müsavat” qəzetinin əməkdaşı Fərahim İlqaroğlunu döydürməkdə şübhəli bilinən idmançı Tural Bayamov saxlanılıb. Bu barədə Aznews.az saytı məlumat yayıb.
Məlumata görə, dünən Nizami Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılan idmançının buraxılması üçün əvvəlcə külli miqdarda pul müqabilində razılaşma olub. Amma son anda daxili işlər nazirinin müavinlərindən birinin müdaxiləsindən sonra Bayramov Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə təhvil verilib və onun saxlanılmasının tam məxfi qalması tapşırılıb. Bu məxfiliyin səbəblərinə gəlincə isə, məsələnin bir ucunun daha yüksək vəzifəli şəxslərə gedib çıxmasıdır.
musavat.com da Tural Bayramovun saxlanılması xəbərinin doğru olduğunu yazıb. Saytın yazıdğına görə, idmançı barəsində 20 sutkalıq inzibati həbs qərarı çıxarılıb.