Bakıda yanan binada körpəsiylə birlikdə qalan jurnalist Sevinc Fədai FHN əməkdaşları tərəfindən xilas edilib. Lent.az-ın məlumatına görə, jurnalist, körpəsi və evdə onlarla birgə olan qaynanası nazirliyin xilasediciləri tərəfindən yanan binadan çıxarılıb. Onların səhhətlərinin normal olduğu bildirilir.
**
Lent.az xəbər verir ki, yanan binada qalan jurnalist axar.az-ın əməkdaşı ilə danışıb: “Uşaqla birlikdə evdəyik. Anam da bizimlədir. Hələ ki, heç kim yoxdur. Evdə yanğın yoxdur. Tüstü vurur. Çıxmaq olmur burdan. Heç kim binaya daxil ola bilmir”.
***
Jurnalist Sevinc Fədai və körpə övladı Binəqədi rayonunda yanan çöxmərtəbəli binada qalıb. Lent.az-ın məlumatına görə, hazırda hadisə yerində Fövqəladə Hallar Nazirliyinin xilasediciləri işləyir.
Qeyd edək ki, Azadlıq prospekti 289 ünvanında yerləşən binana bu səhər yanğın baş verib. Hadisə yerinə FHN-nin yanğınsöndürənləri cəlb edilib.