“Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəzanın nəticələrinin aradan qaldırılması üçün Fövqəladə Hallar Nazirliyi aidiyyəti üzrə tədbirlərini davam etdirir.
Lent.az nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, hazırda nazirliyin “Vixr-5” və “Vixr-8” tipli 2 gəmisi yanğının söndürülməsinə çalışır, 4 helikopteri və “B-200ÇS” təyyarəsi isə itkin düşənlərin axtarışını həyata keçirir. Həmçinin nazirliyin Dövlət Sularda Xilasetmə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri sahilboyu müşahidə işləri aparır.