İtkin düşən yeniyetmə tapıldı
19 yanvar 2015 11:13 (UTC +04:00)

İtkin düşən yeniyetmə tapıldı

0

Bakıda itkin düşən yeniyetmə oğlan tapılıb.  

 

9-cu Polis Bölməsindən Lent.az-a verilən məlumata görə, itkin düşən 14 yaşlı Həsənov Vəzir Azər oğlunun yeri valideynlərinin səyi nəticəsində aşkarlanıb.

 

Bölmədən bildirilib ki, valideynləri yeniyetmənin tapılması ilə bağlı hüquq-mühafizə orqanlarını məlumatlandırıblar.

  

Xatırladaq ki, Səbail rayonu, Neftçilər prospekti 71 ünvanında yaşayan 1965-ci il təvəllüdlü Vəzirov Azər Vəkilhüseyn oğlu bildirib ki, oğlu naməlum şəraitdə yoxa çıxıb. 9-cu Polis Bölməsinə müraciət edən paytaxt sakini qeyd edib ki, oğlu, 2001-ci il təvəllüdlü Həsənov Vəzir Azər oğlu Sabunçu rayonu Pirşağı qəsəbəsində yerləşən 10 saylı internat məktəbində yaşamaqla təhsil alır. 14 yaşlı oğlan yanvarın 5-də atasının evini internata getmək üçün tərk edib. Lakin o, məktəbə gedib çıxmayıb.

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 303

Oxşar yazılar