Fevralın 20-də Bakı bulvarında intihar etmiş kişinin şəxsiyyəti müəyyənləşib. Səbail rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, ölən şəxsin Bakı şəhər Xətai rayonu, K.Kərimov küçəsi 35/34 ünvanında yaşayan 1932-ci il təvəllüdlü Bayramov Vəli Nemət oğlu olması məlum olub.
Qeyd edək ki, V.Bayramovun oğlu Altay Bayramov fevralın 22-nə keçən gecə Xətai rayon Polis İdarəsi, 37-ci Polis Bölməsinə müraciət edərək atasının itkin düşdüyünü bildirib. Bundan sonra axtarışa başlanılıb və məlum olub ki, 81 yaşlı paytaxt sakini intihar edib.