
Quduz itin hücumuna məruz qalan 4 yaşlı uşaqdan YENİ XƏBƏR
Aprelin 18-də Binəqədi rayonunun Sulutəpə qəsəbəsində itin hücümuna məruz qalan 2015-ci il təvəllüdlü Məmişov Hüseyn Qismət oğlunundan yeni xəbər var.
1 saylı Kliniki Tibbi Mərkəzdən Lent.az-a verilən məlumata görə, xəstənin vəziyyəti yaxşı olduğu üçün o, artıq xəstəxanadan çıxıb. “Burada bütün lazımi müalicələr aparıldı. Uşağın vəziyyəti yaxşı olduğu üçün xəstəxanadan evə buraxılıb. Hazırda “Dünyagöz” klinikasında müalicə alır”.
Uşağın vəziyyəti ilə bağlı “Dünyagöz” klinikası ilə də əlaqə saxladıq.
Klinikadan Lent.az-a bildirldi ki, o, gözündə qansızma olduğu üçün həmin xəstəxanaya aparılıb. “Mayın 3-də xəstəxanamıza daxil olub. Göz qapağında hərəkət zəifliyi və qansızma qeydə alınıb. Həkim dərman yazıb, 10 gün ərzində yenidən müayinə olunacaq. Ümumilikdə vəziyyəti normaldır. Ciddi heç bir problem müşahidə olunmayıb”.
Qeyd edək ki, aprelin 18-də Binəqədi rayonunun Sulutəpə qəsəbəsində 4 yaşlı Hüseyn Məmişov quduz itin hücumuna məruz qalıb.
Oxşar yazılar

Bakıda "Jiquli" "BMW"-yə çırpıldı, xəsarət alanlar var
22 aprel 2025 , 01:16
Cəlilabadda FACİƏ: 8 yaşlı uşaq hasarın altında can verdi
21 aprel 2025 , 22:15
Sumqayıt tekstil fabrikində zəhərlənənlərin sayı 21 nəfərə çatdı - YENİLƏNİB
21 aprel 2025 , 20:28
14 yaşlı qız tualetdə doğduğu körpəni zibil qutusuna atdı
21 aprel 2025 , 19:59
Ağcabədidə DƏHŞƏT: Küçədəki ağacdan özünü asdı
21 aprel 2025 , 19:20
Dəvəquşu fermasının sahibi özünü güllələdi
21 aprel 2025 , 19:17Göygöldə 43 yaşlı kişi fermada FACİƏLİ şəkildə öldü
21 aprel 2025 , 18:01