Geridə qalan həftənin şənbə-bazar günləri digər günlərdən fərqli olaraq yol-nəqliyyat hadisələrinin nisbətən az olması ilə yadda qalıb. Baş Dövlət Yol Polisi İdarəsindən Lent.az-a verilən məlumata görə, yanvarın 19-da ölkə ərazisində 9 yol-nəqliyyat hadisəsi baş verib ki, nəticədə 2 nəfər ölüb, daha 9 şəxs isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Bazar günü isə yol qəzaları nəticəsində 2 nəfər dünyasını dəyişib, 8 nəfər də yaralanıb.
Qəzaların əksəriyyəti sürət həddinin düzgün seçilməməsi, ehtiyatsızlıq və düzgün manevr etməmək kimi səbəblərdən baş verir.