APA-nın məlumatına görə, “The Diplomat” qəzetində nəşr olunmuş yazıda APA-nı Qafqazın ən əhəmiyyətli xəbər agentliyi adlandırılıb.
Yazıda qeyd olunub ki, İspaniya səfirliyi açıldıqdan sonra “Azərbaycan Hava Yolları”nın (AZAL) Madridə birbaşa reys həyata keçirməsi mümkündür. Qafqazın ən əhəmiyyətli xəbər agentliyi - Azəri Press Agentliyinin (APA) direktoru Nurşən Quliyev bir qrup avropalı jurnalistlərlə görüşdə bunu bildirib.
Hazırda AZAL Frankfurt, London, Paris, Roma, Milan, Vyana, Praqa və Riqaya birbaşa uçuş həyata keçirir. Madrid yeni uçuş istiqamətlərindən biri olacaq. İki ölkə arasında ticari və diplomatik münasibətlər inkişaf edir.
Müstəqil və özəl xəbər agentliyinin prezidenti Vüsalə Mahirqızı isə xatırladıb ki, iki ölkənin xarici işlər nazirləri Xose Manuel Qarsia-Marqallo və Elmar Məmmədyarovun aprelin sonunda Bakıda keçirilən görüşdə dostcasına futbol (Atletiko Madrid-Çelsi) barədə söhbət ediblər. İki ölkə arasında əlaqələrin daha da dərinləşməsinin mümkünlüyünü qeyd olunur.
Yazıda həmçinin baş nazirin müavini Əli Həsənovun fikirlərinə də yer verilib. Ə.Həsənov iki ölkə arasında münasibətlərin daha da inkişaf etdirilməsinin mümkünlüyünü vurğulayıb: “Mən hesab edirəm ki, ispan iş adamları Azərbaycana tez-tez səfər etməlidirlər. İspanlar turizm sektorunda liderdir və biz onların təcrübəsindən çox şey öyrənə bilərik”.
Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsində yarımillik sədrliyini toxunan Ə.Həsənov bildirib ki, bu, Azərbaycan üçün böyük əhəmiyyət kəsb edir.