İsmayıllıdan son xəbər
25 yanvar 2013 01:46 (UTC +04:00)

İsmayıllıdan son xəbər

Hazırda İsmayıllı şəhərində sakitlikdir. Şəhərə, xüsusilə inzibati binalara polis nəzarət edir. Aksiya iştirakçıları artıq tamamilə dağılışıblar.

 

APA-nın hazırda İsmayıllıda olan əməkdaşının verdiyi məlumata görə, bir neçə saat əvvəl edilən sonuncu aksiya cəhdi zamanı saxlanılaraq rayon polis şöbəsinə gətirilən şəxslərdən bəziləri sərbəst buraxılıblar.

Bir qədər əvvəl baş vermiş aksiya cəhdi zamanı müxtəlif dərəcəli xəsarət almış 8 nəfər İsmayıllı Mərkəzi rayon Xəstəxanasına gətirilib. Onlar 1992-ci il təvəllüdlü Rəhimov Xəyal Balayar oğlu, 1971-ci il Abbasov Vüqar Həsən oğlu, 1971-ci il təvəllüdlü Həsənov Nəriman Həsən oğlu, 1981-ci il təvəllüdlü Nuriyev Nahir Yaqub oğlu, 1980-ci il təvəllüdlü Məmmədov Elvin Əvəz oğlu, 1992-ci il təvəllüdlü Məmmədli Pünhan İlham oğlu, 1965-ci il təvəllüdlü Talıbov Məhərrəm oğlu və 1996-cı il təvəllüdlü Rəsulov Cahangir Cəfər oğludur.

Həkimlərin bildirdiyinə görə, onların xəsarətləri ağır deyil. Rayon xəstəxanasından və yerli polisdən insidentlər zamanı ölüm hadisəsinin baş verməsi ilə bağlı yayılan məlumatlar təkzib olunub, bunların həqiqətə uyğun olmadığı bildirilib.

Yerli müxalifətçilərin verdiyi məlumata görə, dünən gecə və bu gün sabah saatlarında ətraf rayonlardan və Bakıdan rayona gəlmiş siyasi partiya fəallarının da əksər hissəsi rayon ərazisini tərk edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3121
avatar

Oxşar yazılar