İsmayıllıda iki avtomobil toqquşub: sürücülərdən biri ölüb, o biri yaralanıb
07 aprel 2014 23:12 (UTC +04:00)

İsmayıllıda iki avtomobil toqquşub: sürücülərdən biri ölüb, o biri yaralanıb

İsmayıllı rayonunda ağır yol qəzası baş verib. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, İsmayıllı rayonunda (İsmayıllı-Muğanlı yolunun 12-ci kilometrliyi) vətəndaşlara məxsus "VAZ" və "Chevrolet" markalı iki minik avtomobili toqquşub.

 

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin uyğun xilasetmə qüvvələri cəlb olunub.

 

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, "VAZ" markalı minik avtomobilinin sürücüsü 1957-ci il təvəllüdlü Babayev Bülbül Heybət oğlu hadisə yerində vəfat edib, digər avtomobilin sürücüsü isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

 

Yanğınsöndürən-xilasedicilər xüsusi alət və avadanlıqlar vasitəsilə deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalmış B.Babayevin cəsədini və "Chevrolet" markalı minik avtomobilinin sürücüsünü çıxararaq, Təcili Tibbi Yardım Stansiyasına təhvil veriblər.

 

 

# 1314
avatar

Oxşar yazılar

Bakıda evdən qadın meyiti tapıldı

Bakıda evdən qadın meyiti tapıldı

4 may 2024 , 12:06
Bakıda evdən 7000 minlik  OĞURLUQ

Bakıda evdən 7000 minlik OĞURLUQ

4 may 2024 , 11:33
Salyanda DƏHŞƏT:  22 yaşlı oğlan özünü asdı

Salyanda DƏHŞƏT: 22 yaşlı oğlan özünü asdı

4 may 2024 , 10:02
Qaxda mağaza sahibindən oğurluq edilib - VİDEO

Qaxda mağaza sahibindən oğurluq edilib - VİDEO

4 may 2024 , 09:24
Bakının bu yolunda sürət həddi endirildi - YENİLƏNİB

Bakının bu yolunda sürət həddi endirildi - YENİLƏNİB

4 may 2024 , 07:45
Polis kapitanı faciəvi   şəkildə öldü

Polis kapitanı faciəvi şəkildə öldü

3 may 2024 , 18:48
Bakı həbsxanasında ÖLÜM

Bakı həbsxanasında ÖLÜM

3 may 2024 , 17:31
İtkin düşən hamilə qadının meyiti tapıldı

İtkin düşən hamilə qadının meyiti tapıldı

3 may 2024 , 16:47