İsmayıllıda aksiya cəhdi
24 yanvar 2013 20:31 (UTC +04:00)

İsmayıllıda aksiya cəhdi

 

Bu gün axşam saatlarında İsmayıllı şəhərində yenidən aksiyaya cəhd olub.


 

APA-nın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, bir qrup şəxs İsmayıllı Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Nizami Ələkbərovun istefası tələbi ilə aksiya keçirməyə cəhd edib. Onların arasında yerli sakinlərlə yanaşı, Bakıdan və ətraf rayonlardan gəlmiş siyasi partiya üzvləri və gənc fəallar da olub.  

 

 

Daxili Qoşunların və Çevik Polis Alayının əməkdaşları aksiyaçıların RİH-in binasına və digər inzibati binalara yaxınlaşmasına imkan verməyiblər. Bundan sonra etirazçılar şəhərin müxtəlif küçələrinə səpələniblər.

 

 

Aksiya cəhdinin qarşısı alınarkən etirazçılar polisə daş atıb, polis isə gözyaşardıcı qazdan və su şırnağından istifadə edib.

 

 

Aksiyaçılardan bir neçəsinin saxlandığı bildirilir.

 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3242
avatar

Oxşar yazılar