İŞİD-ə qarşı geniş koalisiya yaradıla bilər
15 noyabr 2015 03:42 (UTC +04:00)

İŞİD-ə qarşı geniş koalisiya yaradıla bilər

0

Vyanada Suriyadakı böhranın nizamlanmasına dair keçirilən çoxtərəfli görüşdə iştirak edən XİN rəhbərləri  İŞİD terror qruplaşmasına qarşı geniş koalisiyanın yaradılmasının zəruri olduğunu etiraf ediblər. Lakin Parisdə törədilən terror aktları bu prosesi sürətləndirməməlidir.  APA-nın məlumatına görə, bu sözləri “RİA Novosti”yə müsahibəsində BMT-nin Suriya üzrə xüsusi nümayəndəsi Staffan de Mistura bildirib.     

 

“Mənim fikrimcə, İŞİD-ə qarşı geniş koalisiyanın yaradılmasına çox böyük  ehtiyac var. Və mən düşünürəm ki, bu gün Vyanada masa arxasında əyləşənlərin hamısı bunu dərk edirdi. Koalisiyanı necə, hansı ölkələrin iştirakı ilə yaradılması məsələsini dövlətlər özləri həll etməlidir. Əsas odur ki, İŞİD-lə mübarizə məsələsində biz əlaqələndirilmiş yanaşmaya nail olmuşuq”. Deyə Mistura bildirib.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 402

Oxşar yazılar