İranın İsfahan şəhərində yerli sakinlərlə təhlükəsizlik qüvvələri arasında toqquşma olub.
APA-nın məlumatına görə, hadisə fevralın 27-də İsfahanın Vərzənə kəndində baş verib. Belə ki, ötən cümə günü kənd sakinləri etiraz əlaməti olaraq İsfahandan Yəzdə çəkilən su boru xəttini zədələyiblər. Çərşənbə günü kəməri təmir etmək üçün təhlükəsizlik qüvvələri ilə birlikdə təmir briqadası gəlib. Ancaq kənd sakinləri buna imkan verməyiblər. Onlar daşlarla, dəyənəklərlə polisə hücum edərək avtobuslara od vurublar. Hadisə nəticəsində bir neçə nəfərin yaralandığı bildirilir. Həbslər barədə hələlik məlumat yoxdur.